525.Az

Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 17 dəfəyə yaxın üstələyib


 

Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu <b style="color:red"> 17 dəfəyə yaxın üstələyib</b>

2025-ci ilin 1 oktyabr tarixinə ölkənin strateji valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı) 81,5 milyard ABŞ dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 16,6 dəfə üstələyir.

525.az-a bu barədə Maliyyə Nazirliyindən bildirilib.

Qeyd edək ki, bu dövrdə ölkənin xarici dövlət borcu 4.893,1 milyon ABŞ dolları təşkil edib.

 

 





29.10.2025    çap et  çap et