525.Az

Yaponiya Rusiyadan neft-qaz almağa davam edəcək 


 

Yaponiya Rusiyadan neft-qaz almağa davam edəcək <b style="color:red"></b>

Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ-ın Rusiyadan neft və qaz almasını dayandırmaq təklifini rədd edib.

525.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Baş nazir prezident Donald Trampla söhbət zamanı bildirib.

Takaiçi ABŞ liderindən Yaponiyanın enerji ehtiyacları ilə bağlı məsələyə anlayış göstərməsini istəyib.

Yaponiya son illərdə ABŞ-dan LNG (mayeləşdirilmiş təbii qaz) alışını artıraraq, tədarükünü əsas təchizatçısı Avstraliyadan şaxələndirməyə çalışır. Eyni zamanda, Rusiyanın Saxalin-2 LNG layihəsi ilə təchizat müqavilələrinin başa çatmasına hazırlaşır.

Saxalin-2-dən gələn əksər təchizatın müddəti 2028-2033-cü illər arasında bitir. Bu təchizatın dəyişdirilməsi baha başa gələcək və elektrik enerjisinin qiymətlərinin artmasına səbəb olacaq.

Pərvanə Sultanova

 





29.10.2025    çap et  çap et