525.Az

Taekvondoçumuz dünya çempionatında bürünc medal qazandı


 

Taekvondoçumuz dünya çempionatında bürünc medal qazandı<b style="color:red"></b>

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Çinin Uşi şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.

525.az xəbər verir ki, 58 kiloqram çəki dərəcəsində çıxış edən idmançı medala gedən yolda Abdul Vahid (Hindistan, 2:1), Omonjon Otajonov (Özbəkistan, 2:0), Lev Korneyev (Serbiya, 2:1) və Yusuf Badəm (Türkiyə, 2:1) üzərində qələbə qazanaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb. 

Qeyd edək ki, mundiala sabah yekun vurulacaq.

 





29.10.2025    çap et  çap et