525.Az

“Si Cinpinlə bir çox məsələdə razılığa gəlmişik” - Tramp


 

“Si Cinpinlə bir çox məsələdə razılığa gəlmişik” -<b style="color:red"> Tramp</b>

ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın Busan şəhərində Çin lideri Si Cinpinlə keçirdikləri ikitərəfli görüşdən danışıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Si Cinpinlə görüşməyin şərəf olduğunu bildirib və onu Çinin çox hörmətli və dəyərli prezidenti adlandırıb.

“Artıq bir çox məsələdə razılığa gəlmişik. Si Cinpin böyük bir ölkənin böyük lideridir və düşünürəm ki, uzun illər ərzində gözəl münasibətlərimiz olacaq”, - deyə ABŞ dövlət başçısı bildirib.

İbrahim Cəfərov

 





30.10.2025    çap et  çap et