525.Az

Braziliyada polisin keçirdiyi əməliyyat zamanı ölənlərin sayı açıqlandı


 

Braziliyada polisin keçirdiyi əməliyyat zamanı ölənlərin sayı açıqlandı<b style="color:red"></b>

Rio-de-Janeyroda polisin narkotik alverçilərinə qarşı keçirdiyi genişmiqyaslı əməliyyat zamanı 132 nəfər həyatını itirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər rəhbərliyinin yaydığı rəsmi məlumatda bildirilir.

Ölənlərdən 4 nəfər günahsız şəhər sakinidir. Onlar qarşılıqlı atışma zamanı təsadüfən güllə yarası alaraq ölüblər.

Meyitlər şəhər meydanlarının birinə gətirilib. Burada qohumlarının onları tanıma prosesi aparılacaq.

Şəhərin bir neçə məhəlləsini nəzarətdə saxlayan "Qırmızı komanda" bandasına qarşı apardığı əməliyyatda 2500-dən çox canlı qüvvə, 32 zirehli avtomobil, 2 helikopter və bir neçə PUA-dan istifadə edilib. Qeyd edək ki, öldürülənlərdən savayı yüzlərlə cinayətkar həbs edilib. Əməliyyat zamanı 4 polis həlak olub.

L.Tağıyeva

 





30.10.2025    çap et  çap et