525.Az

Qazaxıstanda prezidentin keçmiş məsləhətçisi öldürüldü


 

Qazaxıstanda prezidentin keçmiş məsləhətçisi öldürüldü<b style="color:red"></b>

Qazaxıstan prezidentinin keçmiş məsləhətçisi Yerjan Babakumarov Astanada qətlə yetirilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Qətl məişət zəminində baş verib. Babakumarovun tanışı ilə mübahisəsi sonradan davaya çevrilib. Ağır bədən xəsarəti alan 56 yaşlı Babakumarov hadisə yerində keçinib.

Qeyd edək ki, qətldə şübhəli bilinən şəxs saxlanılıb, araşdırma aparılır.

L.Tağıyeva

 





30.10.2025    çap et  çap et