525.Az

Ermənistan Silahlı Qüvvələri cəbhədə itki verib


 

Ermənistan Silahlı Qüvvələri cəbhədə itki verib<b style="color:red"></b>

Cəbhə xəttində provokasiya yaratmağa cəhd göstərən Ermənistan Silahlı Qüvvələri yenidən itki verib.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, ötən gün axşam saatlarında Ermənistanın Tavuş rayonunda, Azərbaycanla sərhəddə yerləşən hərbi hissənin hərbi qulluqçusu Arman Udumyan Azərbaycan hərbçiləri tərəfindən məhv edilib.
 
1980-cı il təvəllüdlü A. Udumyan Ermənistan Ordusunda müqavilə əsasında xidmət edirmiş.
 
Qeyd edək ki, erməni tərəfinin rəsmi təsdiq etdiyi məlumatlara görə, Ermənistan Silahlı Qüvvələri yanvarın 3-dən cəbhədə  9 hərbçisini itirib, 4 hərbçi ağır yaralanıb. Erməni tərəfi Dağlıq Qarabağdan olan və buradakı silahlı dəstələrə cəlb olunmuş ermənilər arasında itkilər barədə məlumat vermir.

 





22.01.2015    çap et  çap et