525.Az

Balıkesirdə yenidən zəlzələ oldu


 

Balıkesirdə yenidən <b style="color:red"> zəlzələ oldu</b>

Türkiyənin Balıkesir vilayətində növbəti dəfə zəlzələ olub.

525.az Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən xəbər verir ki, vilayətin Sındırğı rayonunda 3.5 bal gücündə zəlzələ baş verib.

Yerli vaxtla 14:14-də baş verən yeraltı təkanlar 7.92 km dərinlikdə qeydə alınıb.

Zəlzələ zamanı hər hansı dağıntı baş verməyib.

Xatırladaq ki, 3 gün əvvəl Balıkesirdə 6.1 bal gücündə zəlzələ olub.

İsgəndər Həsənov

 





30.10.2025    çap et  çap et