525.Az

12 yaşlı debütant


 

12 yaşlı debütant<b style="color:red"></b>

Oxuculara yeni bir səs - səmimi, təmiz və duyğulu bir uşaq qəlbinin səsi olan "Səssiz Melodiya" kitabı təqdim olunur. "Səssiz Melodiya" 12 yaşlı bir qızın - Firuzə Nəbilinin düşüncələrindən, xəyallarından və duyğularından doğan kitabdır. Bu kitabda uşaqlığın saf baxışları, xəyalları, böyüklərin unutduğu nağılvari hisslər və hər kəsin içində gizlənən kiçik bir melodiya var.

"Səssiz Melodiya" - sözün musiqiyə, duyğunun səssizliyə çevrildiyi bir iç səfəridir. Bu səfərdə Firuzə oxucunu düşünməyə, xatırlamağa və hiss etməyə dəvət edir. Gənc müəllifin yazıları sadə, lakin dərin bir dünyanı - uşaq qəlbinin genişliyini əks etdirir.

Bakıdakı 17 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Firuzə Nəbilinin "İmza" nəşriyyatında işıq üzü görən "Səssiz melodiya" kitabının oxucular üçün də maraqlı olacağına ümid edərək müəllifə uğur diləyirik.

AYTƏKİN

 

 

 





30.10.2025    çap et  çap et