525.Az

Makron Paşinyanı Azərbaycanla sülhün qurulması münasibətilə təbrik edib 


 

Makron Paşinyanı Azərbaycanla sülhün qurulması münasibətilə <b style="color:red"> təbrik edib </b>

Ermənistanın Baş naziri Nikol Paşinyan Yelisey Sarayında Fransa prezidenti Emmanuel Makronla görüşüb.

525.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Fransa lideri bir daha Paşinyanı Azərbaycanla sülhün bərqərar olması münasibətilə təbrik edib. Görüşdə TRIPP layihəsi və regionda kommunikasiyaların açılması üçün atılan addımlar barədə fikir mübadiləsi aparılıb. Bu kontekstdə Baş nazir görülən işlərlə bağlı məlumat verib.

Tərəflər Ermənistan-Fransa strateji münasibətlərinin gündəliyindəki bir sıra məsələləri, xüsusilə, iqtisadiyyat, infrastruktur və digər sahələrdə əməkdaşlıqla bağlı mövzulara toxunublar. 

Pərvanə Sultanova

 





30.10.2025    çap et  çap et