“Vaşinqton prezident Nikolas Maduroya təzyiqi artırmaq üçün Venesuelaya “Tomahawk” raketi ata bilər”.
525.az xəbər verir ki, bu barədə ABŞ-ın Panamadakı keçmiş səfiri Con Flii “Newsweek”ə deyib.
Onun sözlərinə görə, Venesuela yaxınlığındakı ABŞ qüvvələri həmin ölkədəki hədəflərə bir sıra “Tomahawk” qanadlı raketləri buraxa bilər.
ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan vitse-admiralı Co Sestak isə hesab edir ki, prezident Donald Tramp çox güman ki, Venesuelada qoşunların iştirak etdiyi quru əməliyyatlarından çəkinəcək.
Pərvanə Sultanova
çap et