525.Az

Alyaskada güclü zəlzələ


 

Alyaskada güclü zəlzələ<b style="color:red"></b>

Dünən Bakı vaxtı ilə 21:33-də Alyaskada 5.4 bal gücündə zəlzələ baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Zəlzələnin episentri Kenay yarımadasında yerləşən və 1900 nəfər əhalisi olan Frits-Krik yaşayış məntəqəsindən 57 km şərqdə, ocağı 37 km dərinlikdə yerləşib.

Dağıntı və insan itkisi barədə məlumat verilmir.

L.Tağıyeva

 





31.10.2025    çap et  çap et