525.Az

Polşada məktəb binası atəşə tutulub


 

Polşada məktəb binası atəşə tutulub<b style="color:red"></b>

Polşada naməlum şəxslər ibtidai məktəb və uşaq baxçasını pnevmatik tapança və ya avtomatdan atəşə tutublar.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Volodar şəhərində baş verib.

Bir neçə pəncərənin şüşəsi sınıb. Şagird və müəllimlər arasında xəsarət alan olmayıb. 

Hadisə yerə gələn polis cinayətkarların axtarışına başlayıb. Ehtimal ki, atəş yaxınlıqdakı binadan açılıb. Məhz həmin binada axtarış aparılıb və pnevmatik silah aşkarlanaraq götürülüb.

Qeyd edək ki, 1 nəfər şübhəli şəxs qismində saxlanılıb. 38 yaşlı həmi kişinin baş verənlərlə əlaqəsinin olub-olmadığını araşdırılır.

L.Tağıyeva

 





31.10.2025    çap et  çap et