525.Az

İlk milli uşaq jurnalı “Dəbistan”ın xatirə nömrəsi yenidən nəşr edilib


 

İlk milli uşaq jurnalı “Dəbistan”ın xatirə nömrəsi yenidən nəşr edilib <b style="color:red"></b>

Söz Azadlığını Müdafiə Fondu Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin 170 illiyi münasibətilə 104 ildən sonraDəbistanjurnalının xatirə nömrəsini yenidən nəşr edib. Qeyd edək ki, layihənin ideya müəllifi Şamaxının millət vəkili, AVCİYA-nin prezidenti Elxan Süleymanovdur. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının dəstəyi ilə nəşr edilən jurnalda materiallar oxuculara həm orjinalda, həm yeni qrafika ilə təqdim edilib. Nəşr fondun sədri, SAMF-ın sədri Musa Yaqubun ön sözü ilə başlayır. Ön sözündə fond sədri qeyd edir ki, demokratik mətbuatımızın banisi, yeni tipli mədəniyyətin əsaslarının yaradılması, milli oyanış tərəqqi yolunda misilsiz xidmətləri iləziyalılarımızın atasıadını qazanmış Həsən bəy Zərdabinin böyük arzu əməllərini yetirmələrinə miras qoyaraq 1907-ci ilin 28 noyabrında əbədiyyata qovuşması milli matəmə çevrilmişdi. O vaxta qədər görünməmiş izdihamlı vida dəfn mərasimində söylənən, mətbuatda çap olunan saysız-hesabsız materiallar böyük Həsən bəyin illər boyu şərəflə daşıdığı ali missiyanı-öz xalqını azad, mədəni qüdrətli görmək uğrunda mübarizəni əks etdirməklə yanaşı, həm xələflərin öz böyük sələflərininin yolunu davam etdirmək andı kimi səslənmişdi.

Bundan əvvəl Söz Azadlığını Müdafiə Fondu mətbuatimizin banisi ilə bağlı materialların bir hissəsiniHəsən bəy ZərdabiƏkinçitoplularına daxil edərək Zərdabinin çağdaş davamçılarına təqdim etmişdir. Fond bu dəfə möhtəşəm qədirbilənlik nümunəsi olmuş daha bir dəyərli mənbəni-Həsən bəyin tövsiyə himayəsi isə yaradilmış ilk milli uşaq jurnalımız olanDəbistanın öz unudulmaz müəlliminin xatirəsinə həsr etdiyi ayrıca nömrəsini tarixi latın qrafikalı əlifba ilə hazırlanmış variantları ilə bir yerdə oxuculara təqdim edir. Həmin tarixi nömrədə Zərdabinin bioqrafiyası, dəfn mərasimi, xalqımıza xidmətləri ana dili ilə bağlı mülahizələrini əks etdirən yazılar dərc olunmuşdu.

Nəşrə giriş sözünü əməkdar jurnalıst Tahir Aydınoğlu yazmış, ərəb əlifbasından transliterasiyasını isə filologiya üzrə fəlsəfə doktoru Elmira Qasımova həyata keçirmişdir. Xatirə nəşri geniş oxucu kütləsi üçün xüsusən tədqiqatçılar, media təmsilçiləri tələbələr üçün nəzərdə tutulmuşdur.

SAMF-ın kollektivi inanır ki, Həsən bəy Zərdabinin yubileyi münasibətilə yenidən işıq üzü görmüşDəbistanjurnalının xatirə nömrəsi Zərdabisevərlərə dəyərli hədiyyə olacaq.

GÜNEL

 





27.11.2012    çap et  çap et