“Almaniya hökuməti Ermənistana dəstək məqsədi ilə 152 milyon avro ayıracaq”.
525.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.
O deyib ki, bu, həmsədri olduğu Ermənistan-Almaniya hökumətlərarası komissiyasının Berlində keçirilən iclasında əldə olunan əsas nəticədir.
“152 milyon avrodan 18 milyon avro geri qaytarılmayan qrant, 134 milyon avro isə çox aşağı faiz dərəcəsi ilə, sıfırdan bir qədər yuxarı olan kreditdir”, - Papoyan bildirib.
Nazir bəyan edib ki, bütün bu vəsait Ermənistanda kiçik və orta biznesin, bərpa olunan enerji mənbələrinin, su təchizatı sistemlərinin inkişafına, eləcə də iqtisadiyyatının qarşısında duran bir çox mühüm məsələlərin həllinə yönəldiləcək.
Pərvanə Sultanova
çap et