525.Az

Rusiya müdafiə nazirinə yeni müavin təyin olunub


 

Rusiya müdafiə nazirinə yeni müavin təyin olunub<b style="color:red"></b>

Rusiya Federasiyasının sənaye və ticarət nazirinin keçmiş birinci müavini Vasili Osmakov ölkənin müdafiə nazirinin müavini təyin edilib.

525.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Andrey Belousov MDB Müdafiə Nazirləri Şurasının iclası zamanı deyib.

Osmakov 1983-cü ildə Moskvada anadan olub. Moskva Dövlət Universitetini şərqşünaslıq, afrikaşünaslıq və ərəb dili tərcüməsi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2008-ci ildən 2012-ci ilə qədər sənaye və ticarət nazirinin köməkçisi, məsləhətçisi, 2016-cı ildə nazir müavini, 2021-ci ildən hazırkı vəzifəsinə təyin olunanadək isə birinci müavin vəzifəsində çalışıb.

İqtisad elmləri namizədi. İngilis, ərəb və alman dillərini bilir. 

Pərvanə Sultanova

 





31.10.2025    çap et  çap et