525.Az

İstanbul avtobusda dava düşdü - 1 ölü, 2 yaralı


 

İstanbul avtobusda dava düşdü - <b style="color:red"> 1 ölü, 2 yaralı</b>

İstanbulda avtobusda naməlum səbəbdən iki sərnişin arasında dava düşüb.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mübahisəni yatırtmaq üçün sürücü və iki sərnişin insidentə müdaxilə edib və nəticədə onların üçü də bıçaqlanıb.

Hadisə yerinə həkim və polis qrupları göndərilib. İlkin tibbi yardım göstərildikdən sonra həkimlər yaralıları xəstəxanaya çatdırıblar. Lakin 65 yaşlı sərnişin Kazım Özturlayı xilas etmək mümkün olmayıb.

Yaralı sürücü və digər sərnişinin xəstəxanada müalicəsi davam etdirilir.

Polis hadisə yerindən qaçan şübhəlinin axtarışlarını davam etdirir.

İsgəndər Həsənov

 





31.10.2025    çap et  çap et