525.Az

Bu il Antalyaya gələn turistlərin sayı 16 milyonu ötüb


 

Bu il Antalyaya gələn turistlərin sayı <b style="color:red"> 16 milyonu ötüb</b>

2025-ci ildə Antalyaya gələn turistlərin sayı 16,2 milyona çatıb.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Aralıq dənizi Turistik Otelçilər və Operatorlar Dərnəyinin (AKTOB) İdarə Heyətinin sədri Kaan Kaşif Kavaloğlu bildirib.

Antalyaya birbaşa uçuşların sayının artmasının həm şəhərin, həm də Türkiyənin turizm sektorunu inkişaf etdirdiyinə diqqət çəkən Kavaloğlu deyib:

“Bazar müxtəlifliyi çox önəmlidir. Antalyaya gələn turistlərin sayı dünən 16,2 milyona çatdı. Siyahıda Rusiya, Almaniya və İngiltərə ilk üçlükdədir. İlin sonuna kimi bu rəqəmin 17-18 milyona qədər artacağı ehtimal edilir. Rusiya-Ukrayna müharibəsi başa çatarsa, bu rəqəm 21-22 milyonadək arta bilər”.

İbrahim Cəfərov

 





31.10.2025    çap et  çap et