525.Az

Azərbaycan banklarının xalis xarici aktivləri 5 faiz artıb


 

Azərbaycan banklarının xalis xarici aktivləri 5 faiz artıb<b style="color:red"></b>

 

Bu ilin oktyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 26 milyard 751 milyon manat təşkil edib.

525.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,9 % az, ilin əvvəli ilə müqayisədə 0,6 %, ötən ilin oktyabrın 1-nə nisbətən isə 5 % çoxdur.

Hesabat tarixinə bankların xalis daxili aktivləri 21 milyard 234,7 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 2,3 %, ilin əvvəli ilə müqayisədə 6,8 %, ötən ilin oktyabrın 1-nə nisbətən isə 5,7 % çoxdur.

Azərbaycanda ümumi aktivləri 56 milyard 138 milyon manat olan 22 bank fəaliyyət göstərir.

 





01.11.2025    çap et  çap et