525.Az

Bakının fəvvarələrindən ilhamlanan rəssamlar -  “Kiçik QalArt”da ekoloji səyahət


 

Bakının fəvvarələrindən ilhamlanan rəssamlar - <b style="color:red"> “Kiçik QalArt”da ekoloji səyahət</b>

Bakı şəhərinin əsrarəngiz parklarında fəvvarələrin axan suları yalnız gözəllik yaratmır, həm də insanların hərəkətini, şəhərin ritmini və canlılığını əks etdirir. Hər gün insanların ətrafında dayandığı, şəkil çəkdiyi və istirahət etdiyi bu məkanlar şəhərin yaddaşını daşıyır. Eyni zamanda, bu fəvvarələr yaradıcı sənətkarların fikirlərini, ekoloji mesajlarını və şəhərin gündəlik həyatına dair fərqli baxışlarını ifadə etməsi üçün ilham mənbəyinə çevrilir.

Noyabrın 1-də paytaxtda keçirilən “Art Weekend” - beynəlxalq incəsənət festivalı çərçivəsində İçərişəhərdəki “Kiçik QalArt” qalereyasında açılan “Axın halı” sərgisi də məhz bu ideya üzərində qurulub: şəhərin fəvvarələri rəssamların əsərlərində həm vizual, həm də mənəvi anlam kəsb edir, tamaşaçılara həm gözəlliyi, həm də suyun və şəhərin ritminin dərin mesajını çatdırır.

Sərginin kuratorları Sitarə İbrahimbəyli, Məhinbanu Səfixanlı və Lesli Qreydir.

Sərgi noyabr ayı ərzində nümayiş olunacaq.

 





01.11.2025    çap et  çap et