525.Az

“Onun Azərbaycan dövləti adından danışmağa haqqı yoxdur”


 

“Onun Azərbaycan dövləti adından danışmağa haqqı yoxdur” <b style="color:red"></b>

QARABAĞ PROBLEMİNİN ÜZƏRİNDƏN KİMLƏRİNSƏ SİYASİ ALVER ETMƏSİ TƏƏSSÜFLƏNDİRİCİDİR

Rusiya Erməni İttifaqının (REİ) yaydığı məlumata görə, MoskvadaRusiya Erməni İttifaqıÜmumrusiya İctimai Təşkilatının prezidenti Ara AbramyanlaAzərRosRusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (FMMM) prezidenti Söyün Sadıqovun görüşü keçirilib. Aparılan danışıqların geniş tərkibdə keçirilən görüşün yekunu kimi birgə bəyanat imzalanıb. Sözügedən bəyanatda göstərilir ki, ermənilər azərbaycanlılar uzun əsrlər boyunca birgə yaşayaraq çiyin-çiyinə işləyib, respublikalarımız arasında isə mehriban qonşuluq münasibətləri mövcud olub. Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun məsələyə münasibəti bu kimi qüvvələrin məkrli niyyətlərinin olmasından xəbər verir. 

Ermənilərlə keçirilən bu görüşlə S.Sadıqovun Azərbaycan dövlətçiliyini istəmədiyi hansısa qüvvələrin məqsədlərinə xidmət etdiyi bir daha təsdiqlənir. Bəzi mətbu orqanların Azərbaycan dövlətçiliyinə zidd bu görüşləri başqa istiqamətlərə yönəltməsi, hətta onların S.Sadıqovun məqsədlərinə xidmətə çalışmaq üçün müəyyən istəklərdə bulunması xəbərləri təəssüf doğurur.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı açıqlamasında bu görüşü Azərbaycanın milli dövləti maraqlarına zidd hesab etdiyini bəyan edib. O, S.Sadıqov kimi adamın Azərbaycanın adından danışmağa hüquqi, mənəvi haqqı çatmadığını bildirib. QAT sədri onun Azərbaycan dövlətçiliyini sevmədiyini qeyd edib: “Mən Söyün Sadıqovu uzun illərdir tanıyıram. Hətta onun təşəbbüsü ilə Moskvada görüşümüz olub. İlk baxışdan özünü vətənpərvər kimi qələmə verməyə çalışan bir adamdır. Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqəsinin olduğunu özü etiraf edir. Aydındır ki, belə strukturlar da bəzi adamları, xüsusilə diaspor işində aktiv olan şəxsləri öz xeyirləri üçün istifadə etməyə çalışır. Söyün Sadıqov onların maraqlarına tam cavab verdiyi üçün belə bir missiya ona tapşırılıb. Ermənilərlə aparılan prosesdə o qətiyyən Azərbaycanın maraqlarını ifadə etmir. Onun fəaliyyəti dolayısı ilə Rusiya Ermənistanın maraqlarına aiddir. Biz Söyün Sadıqovun fəaliyyətinin bu şəkildə qurulmasını qətiyyən qəbul edə bilmərik. Hesab edirəm ki, onun Azərbaycan icması adından danışmağa heç bir haqqı çatmır. Bir daha vurğulamaq istəyirəm ki, gedən son proseslər Azərbaycanın maraqlarına ağır zərbə vura bilər. Belə addımların qarşısının alınması üçün birinci növbədə Moskvada fəaliyyət göstərən Azərbaycan icması öz konkret mövqeyini ortaya qoymalıdır. Əks tərəfdən təmsilçilik edən Ara Abramyan Rusiyada olan erməni icması tərəfindən seçilən onlar tərəfindən qəbul edilən bir adamdır. Amma Söyün Sadıqov Rusiyada fəaliyyət göstərən 10-larla diaspor təşkilatından birinin rəhbəridir. Ona Azərbaycan icması adından danışmaq üçün heç kim tərəfindən mandat verilməyib. Söyün Sadıqovun bu tip hərəkətlərinin qarşısını almaq üçün bəzi addımlar atılmalıdır. Biz Təşkilat olaraq belə təşəbbüslərin reallaşmaması üçün əlimizdən gələni edirik edəcəyik. Söyün Sadıqova cəmiyyət, qeyri-hökumət təşkilatları səviyyəsində kəskin etiraz bildirilməlidir. Onun təşkilatçılığı ilə keçirilən bütün tədbirlər boykot edilməlidir. Bu sadə bir ictimai proses olmadığı üçün Azərbaycan hakimiyyəti öz növbəsində Rusiyaya kəskin etirazını ortaya qoymalıdır. Biz başlanan bu çirkin prosesin qarşısını almalıyıq ki, başqa dövlətlər belə üsullara əl atmasın. Məndə olan məlumata görə, artıq Avropa ölkələrində oxşar ssenarinin həyata keçirilməsi planlaşdırılır. İstənilən ölkədə fəaliyyət göstərən Azərbaycan diasporlarının tərkibində həmin dövlətlərin maraqlarına qulluq edən adamlar tapmaq olar. Bu səbəbdən bir qədər ayıq-sayıq olmalıyıq”. 

Qarabağ seyid ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Azərbaycanın beynəlxalq arenada nüfuzu artdıqca bu, kimlərinsə narahatçılığına səbəb olur. O, məhz bunun nəticəsi olaraq belə xoşagəlməz halların baş verdiyini bildirib: “Həqiqətən Azərbaycanın artan nüfuzu kimlərinsə ciddi rahatsızlığına səbəb olur. Buna görə Azərbaycan dövlətinin əzəmətini istəməyən Rusiya mətbəxində hansısa qüvvələr tərəfindən dövlətimiz üçün məkrli siyasət yürüdülür. Hesab edirəm ki, bu kimi planların içərisində özünü azərbaycanlı hesab edən şəxslərin qərar tutması üzücü narahatedicidir. Qarabağ probleminin üzərindən kimlərinsə siyasi alver etməsi təəssüfləndiricidir. Bu məsələdə Azərbaycana təzyiq etməyə çalışanlar da az deyil. Fikrimcə, bu tipli məsələlərdə iqtidar-müxalifət ayrıseçkiliyi edilməməlidir. Kimsə hakimiyyəti istəməyə bilər. Lakin dövlətçilik məsələlərində şəxsi mənafelər bir kənara qoyulmalıdır”.

C.Əzimbəyli bu şəxslərin ermənilərlə görüşünə münasibətini açıqlayıb. Onun dediyinə görə, bu kimi şəxslərin Azərbaycan dövləti, xalqı adından danışmağa heç bir ixtiyarı yoxdur: “Hörmətli Əli Həsənovun da dediyi kimi, bu şəxsin Azərbaycan xalqı adından danışmağa hüququ yoxdur. Mən Moskvada oturub xalqımız Qarabağ adına ermənilərlə danışan adama müraciət edirəm ki, bu səlahiyyəti sənə heç kim verməyib. qədər ki, gec deyil geri çəkil. Dövlətimizn millətimizin tarixində olan onlarla milli dönüklərin etdikləri pisliklər bəs edər. O adama heç olmasa sən dur deyirəm”.

C.Əzimbəyli S.Sadıqovun bəzi media qurumlarında Qarabağdan olan ziyalılarla görüşün olmamasını təkzib etməsi sualına belə cavab verib: “Mən bu məsələni mətbuata açıqladıqdan sonra həmin şəxslər bunu təkzib etdilər. Bunu ört-basdır etməyə çalışdılar. Guya belə bir görüş baş tutmayıb. Əslində bununla onlar öz çirkin niyyətlərini gizlətməyə səy göstərdilər. Lakin bunu gizlədə bilmədilər. Akif Nağı da bunu açıqladı. Deməli o da dövlətçiliyimizi hər şeydən üstün tutub. Görünür o şəxslər Qarabağdan olan bir çox şəxslərlə görüşüblər. Amma bunun dövlətçiliyə zidd olduğunu görən dövləti, milləti sevən şəxslərin bundan imtina etdiyi məlum olur. Hesab edirəm ki, daha sonra digər faktlar da aşkarlanacaq. Bu meylərin dövlətçiliyimiz üçün çox ziyanlı olduğunu düşünürəm. dövləti sevən heç bir şəxsin bu meyllərin içərisində olmayacağını düşünürəm. Təəssüf ki, bəzi media qurumları məsələni tam başqa istiqamətlərə yönəldirlər”.

Aqil LƏTİFOV  

 





27.11.2012    çap et  çap et