525.Az

İngiltərədə sürət qatarında kütləvi bıçaqlanma


 

İngiltərədə sürət qatarında kütləvi bıçaqlanma<b style="color:red"></b>

Dünən gecə Piterborodan Kembricşirə gedən sürət qatarında kütləvi bıçaqlanma hadisəsi baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, polis adı açıqlanmayan 2 nəfər şübhəli şəxsi saxlayıb.

Onlar bıçaqla ümumilikdə 9 nəfərə müxtəlif dərəcəli bədən xəsarətiləri yetiriblər. 2 nəfərin vəziyyəti ağırdır.

Hadisədən xəbər tutan maşinist Kembricşirdəki Hantinqdon stansiyasında qatarı məcburən dayandırmalı olub və polis çağırıb.

Qeyd edək ki, baş verənlərdən sonra vaqonların birində yaranan panika sərnişinlərin bir-birilərini tapdamaları ilə nəticələnib.

L.Tağıyeva

 





03.11.2025    çap et  çap et