525.Az

Rəngkarlıq Muzeyində gənclər üçün “Dəniz, çox sağ ol!” layihəsi təqdim edilib


 

Rəngkarlıq Muzeyində gənclər üçün “Dəniz, çox sağ ol!” layihəsi təqdim edilib<b style="color:red"></b>

Rəngkarlıq Muzeyində “Bakıya Uçuş. İncəsənət həftəsonu: Gələcəyi İNDİ Duy” incəsənət festivalı çərçivəsində gənclər üçün “Dəniz, çox sağ ol!” layihəsi təqdim olunub.

525.az xəbər verir ki, layihə uşaqlığın möcüzəsini və gənc istedadların sərhədsiz təsəvvürünü əks etdirir.

Layihə SÖZ Multidisiplinar İncəsənət Mərkəzi və Dövlət Uşaq Filarmoniyasının birgə əməkdaşlığı nəticəsində həyata keçirilib.

Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağızadə vurğulayıb ki, layihədə iki rəqs ansamblı, xor, solistlər və rəqqaslar çıxış edir. Direktorun sözlərinə görə, bu tədbir üçün sentyabrdan hazırlıq başlayıb.

 





03.11.2025    çap et  çap et