525.Az

Şamaxıda 20 Yanvar qurbanları anıldı


 

Şamaxıda 20 Yanvar qurbanları anıldı<b style="color:red"></b>

20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Şamaxıdakı Şəhidlər Xiyabanında anım mərasimi keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilatları, ictimaiyyət nümayəndələri, rayon gəncləri və məktəblilər iştirak ediblər.

Öncə ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi birdəqiqəlik sükutla yad edilmiş və onların ruhlarına dualar oxunub.

Ziyarətə gələn rayon əhalisi məzarları təzə-tər çiçəklərə bürüyüb və şəhidlərin ruhuna ucaldılmış abidənin önünə əklillər düzüblər.

Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və rayon ictimaiyyətinin nümayəndələri Qanlı Yanvar faciəsində şəhid olmuş rayon sakinlərindən Məmmədov Vidadi Üzeyir oğlunun və İsrayılov Ağanəzər Araz oğlunun məzarlarını ziyarət edib və ailə üzvləri ilə birlikdə ehsan süfrəsində onların qayğı barədə söhbət açıb. İcra başçısı qeyd edib ki, 20 Yanvar xalqımızın qürur və qəhrəmanlıq tarixidir. "Biz ölkənin azadlığı uğrunda gedən şəhidlərimizlə fəxr edirik. Onların əziz xatirəsi həmişə olduğu kimi, bu gün də Şamaxıda böyük ehtiramla yad olunur və qəlbimizdə əbədi yaşayacaq" - deyə, o qeyd edib.

 





22.01.2015    çap et  çap et