525.Az

Əfqanıstanda güclü zəlzələ


 

Əfqanıstanda güclü zəlzələ<b style="color:red"></b>

Bu gecə Bakı vaxtı ilə 00:28-də Əfqanıstanda 6.3 bal gücündə zəlzələ baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Zəlzələnin episentri Məzari-Şərif şəhərindən 45 km cənub-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.

Dağıntı və insan tələfatı barədə məlumat yoxdur.

L.Tağıyeva

 





03.11.2025    çap et  çap et