525.Az

Abdulhamit Avşar TRT-nin İstanbul bürosuna rəhbər təyin edilib


 

Abdulhamit Avşar TRT-nin İstanbul bürosuna rəhbər təyin edilib<b style="color:red"></b>

Vaxtilə TRT-nin Azərbaycan nümayəndəliyinə rəhbərlik etmiş Abdulhamit Avşar qardaş ölkənin aparıcı televiziyasında mühüm vəzifəyə təyin edilib. O, TRT-nin ən böyük qurumlarından olan İstanbul  bürosuna rəhbər təyin olunub.

Bu barədə "Olaylar"a professor Qulu Məhərrəmli məlumat verib.

İstanbulda Türkiyə Dil Qurumunun toplantısında iştirak edən professor Qulu Məhərrəmli TRT-nin yerli bürosuna baş çəkərək A.Avşarla görüşüb. Tanınmış jurnalistlərin görüşündə müasir Azərbaycanın dünya mediasında, xüsusən də telekanallarda daha intensiv tanıdılması zərurəti  barədə fikir mübadiləsi olub. "Mən Azərbaycandakı işimdən ayrılsam da, qardaş ölkənin problemlərini unutmamışam. Bu illər ərzində Azərbaycanın istiqlal tarixi, müstəqillik dövründə üzləşdiyi çətinliklər, erməni işğalı nəticəsində yaranmış hərbi siyasi problemlər barədə bir neçə sənədli film hazırlayıb efirə vermişəm. Amma bunlarla kifayətlənmək olmaz. Bir neçə aydan sonra Bakıda keçiriləcək Birinci Avropa oyunlarından istifadə edərək, yeni təbliğat dalğası yaratmaq gərəkdir. Çünki indi dünyanın diqqəti Bakıya yönəlib. Bu işdə biz TRT olaraq azərbaycanlı həmkarlarımıza hər cür dəstək verməyə hazırıq,  Azərbaycanın haqq səsi hər yerdə eşidilməlidir".

Görüş zamanı hər iki televiziyaçı Azərbaycanı dünya ekranlarında, o cümlədən, Türkiyə efir məkanında daha parlaq şəkildə tanıdacaq konkret veriliş formatlarını müzakirə ediblər. Bununla bağlı müzakirələrin davam etdirilməsi, konkret mövzular üzrə sənədli film layihələrinin hazırlanması və maliyyə mənbələrinin axtarılması qərara alınıb.

 





22.01.2015    çap et  çap et