525.Az

Hindistanda avtobus qəzası - 24 ölü


 

Hindistanda avtobus qəzası - <b style="color:red"> 24 ölü</b>

Hindistanda sərnişin avtobusu ilə yük avtomobilinin toqquşması nəticəsində 24 nəfər həyatını itirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər Telenqan ştatının Ranqa Reddi ştatında baş verib.

Tandurdan Heydərabada gedən avtobusun qarşısına qəfildən çınqılla dolu yük avtomobili çıxıb və toqquşma qaçılmaz olub. Hər iki nəqliyyat vasitəsinin sürücüsü ölənlər arasındadır.

Qeyd edək ki, avtobusda olan digər sərnişinlərin əksəriyyəti müxtəlif dərəcəli bədən xəsarətiləri alıb. Onlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Ölü sayının artma ehtimalı böyükdür.

L.Tağıyeva

 





03.11.2025    çap et  çap et