525.Az

Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin builki görüşü Bakıda keçiriləcək


 

Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin builki görüşü Bakıda keçiriləcək<b style="color:red"></b>

Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin builki görüşü Bakıda keçiriləcək.

APA-nın “Georgianpress” saytına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan Prezident Administrasiyası rəhbərinin müavini Giorgi Abaşişvili bildirib.
 
O qeyd edib ki, 3 ölkənin iştirakı ilə sammit hər il keçiriləcək və Gürcüstanın geosiyasi rolunun güclənməsinə təkan verəcək.
 
İlk sammit ötən il Tbilisidə baş tutub, növbəti görüş isə gələn il Türkiyədə keçiriləcək.
 
“Gürcüstan prezidenti bu sammitə böyük önəm verir və diqqət ayırır, bu barədə özünün bütün xarici səfərlərində də qeyd edir. Bizim məqsədimiz Gürcüstanın geosiyasi rolunun artması, Asiya və Avropa arasında körpüyə çevrilməkdir ki, bu da region ölkələrinin vasitəsi ilə mümkündür”, - deyə G. Abaşişvili bildirib.
 
O qeyd edib ki, Gürcüstan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa xüsusi önəm verir.

 





22.01.2015    çap et  çap et