Rusiya Federal Miqrasiya Xidmətinin Ermənistandakı nümayəndəliyi açıqlama yayaraq, bu ölkənin vətəndaşlarından daimi yaşamaq üçün Rusiyaya köçməklə bağlı ərizə qəbulunu dayandırdığını bəyan edib.
APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, Rusiya Miqrasiya Xidməti Ermənistanda “Soydaşların köçü” adlı proqram həyata keçirib. Proqram çərçivəsində Ermənistan vətəndaşlarına köçkün statusu və Rusiyada işləmək imkanı verilib.
2006-cı ildən fəaliyyət göstərən proqramın məqsədi Rusiyanın az məskunlaşmış yaşayış məntəqələrini MDB ölkələrinin vətəndaşları hesabına məskunlaşdırmaq olub. Ermənistanın baş naziri Tiqran Sarkisyan proqramı “qəbuledilməz” adlandırıb.