525.Az

Ceyhun Bayramov Əlcəzairə rəsmi səfərə yola düşüb


 

Ceyhun Bayramov Əlcəzairə rəsmi səfərə yola düşüb<b style="color:red"></b>

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasına rəsmi səfərə yola düşüb.

525.az xəbər verir ki, bu barədə XİN-in "X" hesabında məlumat paylaşılıb.

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 4 noyabr tarixində Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf və digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

 





03.11.2025    çap et  çap et