Türkiyənin Balıkesir vilayətində növbəti dəfə zəlzələ olub.
525.az Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən xəbər verir ki, vilayətin Sındırğı rayonunda yerli vaxtla 15:35-də 4.9 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar 11 km dərinlikdə qeydə alınıb.
İlkin məlumata görə, zəlzələ zamanı hər hansı dağıntı baş verməyib.
Yeraltı təkanlar İstanbul, İzmir və Bursada da hiss olunub.
Xatırladaq ki, oktyabrın 27-də Balıkesirdə 6.1 bal gücündə zəlzələ olub.
İbrahim Cəfərov
çap et