525.Az

Paşinyan parlament seçkilərində iştirak üçün namizədliyini irəli sürüb


 

Paşinyan parlament seçkilərində iştirak üçün <b style="color:red"> namizədliyini irəli sürüb</b>

Ermənistanın Baş naziri Nikol Paşinyan gələn il keçiriləcək parlament seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

525.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qeyd edilib ki, Baş nazir, “Vətəndaş müqaviləsi” partiyasının sədri Nikol Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkilərində partiyanın proporsional siyahısına daxil edilməsi üçün namizəd kimi irəli sürülüb. 

Paşinyan sosial media paylaşımında  rəhbərlik etdiyi partiyanın proporsional siyahısında namizədliyini təsdiqləyən məktubun ekran görüntüsünü paylaşıb.

Bundan əvvəl Ermənistanın ikinci prezidenti Robert Köçəryan, keçmiş Arman Tatoyan, hazırda həbsdə olan iş adamı Samvel Karapetyan da namizədliklərini irəli sürmək niyyətində olduqlarını açıqlayıblar.

Pərvanə Sultanova

 





03.11.2025    çap et  çap et