“Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana səfərindən sonra Ermənistan nümayəndə heyətinin Azərbaycana cavab səfəri gözlənilir”.
525.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə keçirilən beynəlxalq konfransda deyib.
Qriqoryanın sözlərinə görə, 8 avqustda Vaşinqtonda sənədlərin imzalanmasından sonra Ermənistan və Azərbaycan dialoq və etimadın gücləndirilməsi üçün addımlar atırlar. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin 21-22 oktyabr tarixlərində ilk dəfə dəyirmi masada iştirak etmək üçün İrəvana səfərini xatırladan Qriqoryan, Ermənistan nümayəndə heyətinin tezliklə Azərbaycana cavab səfərinin gözlənildiyini söyləyib.
Təhlükəsizlik Şurasının rəhbəri vurğulayıb ki, bu cür səfər mübadiləsi iki ölkənin cəmiyyətləri arasında etimadın möhkəmləndirilməsinə töhfə verir və davamlı sülh üçün əlavə təməl yaradır.
Pərvanə Sultanova
çap et