525.Az

Rusiyada 4 yük maşını toqquşdu, 2 sürücü həlak oldu


 

Rusiyada 4 yük maşını toqquşdu, 2 sürücü həlak oldu<b style="color:red"></b>

Bu gün səhər saatlarında Kuytunsk rayonu ərazisində R-255 "Sibir" trasında ağır yol qəzası baş verib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 4 yük avtomobilinin iştirakı ilə yaşanan qəzada 2 nəfər həlak olub, 3 nəfər ağır xəsarət alıb.

Qəza yük avtomobillərindən birinin ötmə qaydasına əməl etməməsi nəticəsində baş verib. Belaruslu sürücü yolun sürüşkən olması üzündən idarəetməni itirərək qarşıdan gələn Çin vətəndaşının avtomobilinə çırpılıb. Hər 2 sürücü hadisə yerində ölüb. Daha 2 "tır" onlara dəyərək aşıb, yolda əsl xaos yaradıb.

Qeyd edək ki, qəza yolun hər 2 istiqamətdə bir müddət bağlanmasına səbəb olub.

L.Tağıyeva

 





03.11.2025    çap et  çap et