525.Az

Türkiyədə qəzada 7 nəfər yaralanıb


 

Türkiyədə qəzada 7 nəfər yaralanıb<b style="color:red"></b>

Türkiyənin Düzcü şəhərində ağır yol qəzası baş verib.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Düzcenin Gölyaka bölgəsində 2 avtomobil toqquşub. Qəza nəticəsində 7 nəfər yaralanıb.

Hadisə yerinə dərhal polis, yanğınsöndürənlər və tibb işçiləri gəlib. Yaralılar xəstəxanaya aparılıb.

Qəza ilə bağlı araşdırma başlayıb.

İbrahim Cəfərov

 





03.11.2025    çap et  çap et