525.Az

Rusiyalı paraşütçü Türkiyədə faciəvi şəkildə həlak oldu


 

Rusiyalı paraşütçü Türkiyədə faciəvi şəkildə həlak oldu<b style="color:red"></b>

Türkiyənin Muğla bölgəsində faciəvi hadisə yaşanıb.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fethiye rayonunda Babadağdan tullanan rusiyalı paraşütçü Vyaçeslav Qribanov həlak olub.

1700 metrlik hündürlükdən tullanan Qribanov idarəetməni itirərək meşədəki qayalıq əraziyə çırpılıb.

Hadisə yerinə tibb işçiləri gəlsə də, 37 yaşlı rusiyalının həyatını xilas etmək mümkün olmayıb. Onun cənazəsi xəstəxananın morquna aparılıb.

İsgəndər Həsənov

 





03.11.2025    çap et  çap et