Dünən Bakı vaxtı ilə 18.52-də Çilidə 5,5 bal gücündə zəlzələ baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələnin episentri 129 min əhalisi olan Kopyapo şəhərindən 114 km cənub-şərqdə, ocağı 25 km dərinlikdə yerləşib.
Dağıntılar və insan tələfatı barədə məlumat verilmir.
L.Tağıyeva
çap et