525.Az

Tarixi qüllədə 1 gündə 2 qəza


 

Tarixi qüllədə 1 gündə <b style="color:red"> 2 qəza</b>

İtaliyada məşhur Torre-dei-Konti qülləsində dünən gün ərzində 2 qəza baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, yenidənqurma işləri aparılan qüllənin bir hissəsi səhər saatlarında uçub.

Uçqun altında 4 işçi qalıb. Onlardan birinin vəziyyəti ağırdır. Az sonra hadisə yenidən təkrarlanıb, ətrafı qatı toz-duman basıb. Polis ətraf yolları nəqliyyat və piyadalar üçün bağlayıb. Qəzanın fəsadları aradan qaldırılır.

Qeyd edək ki, Torre-dei-Konti və ya sadəcə Konti qülləsi 9-cu əsrin ortalarında Ananya qrafı Petro dei Konti tərəfindən inşa olunub.

L.Tağıyeva

 





04.11.2025    çap et  çap et