525.Az

Azərbaycanlı rus sevgilisini 75 bıçaq zərbəsi ilə öldürdü - Bursada dəhşətli olay


 

Azərbaycanlı rus sevgilisini 75 bıçaq zərbəsi ilə öldürdü - <b style="color:red"> Bursada dəhşətli olay</b>

Bursada dəhşətli qətl hadisəsi baş verib.

525.az “Milliyet"ə istinadən xəbər verir ki, 20 yaşlı rusiyalı Arzu Xəlilova azərbaycanlı sevgilisi S.M tərəfindən qətlə yetirilib.

Hadisə saat 15:00 radələrində Yıldırım rayonunda, 2-ci Birol küçəsində yerləşən evdə baş verib. Bir yerdə yaşayan Arzu Xəlilova ilə sevgilisi S.M. arasında yaranan mübahisə qısa zamanda davaya çevrilib.

Dava zamanı S.M. Xəlilovanı bıçaqlamağa başlayıb. Qonşular evdən gələn səsləri eşidəndən sonra hadisə yerinə polis və tibb işçiləri çağırıblar. S.M. əlindəki bıçaqla tutularaq nəzarətə götürülüb.

Bədəninin müxtəlif nahiyələrindən 75 bıçaq yarası alan Arzu Xəlilova təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, A.Xəlilovanın həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

İbrahim Cəfərov

 





04.11.2025    çap et  çap et