525.Az

Türkiyəli sabiq millət vəkilinə 8 il 9 ay həbs cəzası verildi


 

Türkiyəli sabiq millət vəkilinə 8 il 9 ay <b style="color:red"> həbs cəzası verildi</b>

Millət vəkili toxunulmazlığı götürüldükdən sonra silahlı terror təşkilatına üzv olmaq ittihamı ilə üzləşən türkiyəli keçmiş millət vəkili Semra Güzel barəsində məhkəmə qərar çıxarıb.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sabiq millət vəkili çıxışında heç bir terror təşkilatına üzv olmadığını iddia edib. 2 sentyabr 2022-ci ildə İstanbuldan Ədirnəyə Mehtap Dayan adlı saxta şəxsiyyət vəsiqəsi ilə gedərkən həbs olunmasına gəlincə, şübhəli Semra Güzel bildirib ki, ölümlə təhdid olunub və özünü bu şəkildə müdafiə etmək qərarına gəlib və rəsmi sənədlərin saxtalaşdırılması cinayətini törətmədiyini vurğulayıb.

Yekunda məhkəmə qərarını açıqlayaraq, müttəhim Semra Güzelə "silahlı terror təşkilatına üzv olmaq" maddəsi ilə 6 il 3 ay, "rəsmi sənədləri saxtalaşdırmaq" ittihamı ilə isə 2 il 6 ay həbs cəzası verib.

İbrahim Cəfərov

 





04.11.2025    çap et  çap et