525.Az

Meksikada mer “Ölülər günü” öldürüldü


 

Meksikada mer “Ölülər günü” öldürüldü<b style="color:red"></b>

Meksikanın Miçoakan ştatında Uruapan şəhərinin meri Karlos Alberto Manzo Rodriqes sui-qəsd nəticəsində öldürülüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, silahlı insident şəhərdə qeyd olunan “Ölülər günü” tədbiri zamanı baş verib.  

Meksikanın Federal təhlükəsizlik naziri Omar Qarsiya silahlı hücumu təşkil edən şəxsin təhlükəsizlik qüvvələri tərəfindən hadisə yerində zərərsizləşdirildiyini açıqlayıb.

Miçoakan ştatının prokuroru Karlos Torres Pina isə hücum zamanı şəhər şurasının bir üzvünün və mühafizəçinin də yaralandığı bildirib.

O, insidentlə bağlı hazırda araşdırma aparıldığını qeyd edib.

İbrahim Cəfərov

 





04.11.2025    çap et  çap et