525.Az

Tramp Maduronu hədələdi - “Günləri sayılıdır”


 

Tramp Maduronu hədələdi - <b style="color:red"> “Günləri sayılıdır”</b>

ABŞ lideri Donald Tramp Venesuela prezidenti Nikolas Maduronun günlərinin sayılı olduğunu bəyan edib.

525.az xəbər verir ki, Tramp CBS telekanalının “60 dəqiqə” verilişində sualları cavablandırıb.

ABŞ-nin Venesuela ilə müharibə edib-etməyəcəyi ilə bağlı suala Tramp belə cavab verib:

“Mən buna şübhə edirəm, düşünmürəm. Amma onlar bizimlə çox pis rəftar edirlər, təkcə narkotiklə deyil, yüz minlərlə insanı həbsxanalarından və ruhi sağlamlıq müəssisələrindən ölkəmizə buraxıblar. Biz isə bunu istəmirik".

Tramp “Venesuela ilə bağlı problem narkotiklərlə bağlıdır, yoxsa Maduronun getməsi ilə?” sualından yayınsa da, Venesuela prezidentinin günlərinin sayılı olduğunu bildirib: “Bəli, mən belə deyərdim”.

İbrahim Cəfərov

 





04.11.2025    çap et  çap et