525.Az

ADİU-da rektor müəllimlərlə tədrisin keyfiyyətini müzakirə edib


 

ADİU-da rektor müəllimlərlə tədrisin keyfiyyətini müzakirə edib<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru, professor Ədalət Muradov ali təhsil ocağının İngilis Dilində Tədris Mərkəzinin (İDTM) müəllimləri ilə görüşüb.

525.az-ın universitetin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, görüşdə ADİU-da tədrisin keyfiyyətinin artırılması, mərkəzin inkişaf strategiyası müzakirə olunub. Müəllimlər tədris proqramlarının formalaşdırılması, yazılı imtahanların elektronlaşdırılması, əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin yetişdirilməsi və digər məsələlərlə bağlı təkliflərini veriblər.

Rektor İDTM-də tədrisin keyfiyyətini daha da artırmaq üçün laboratoriyaların quraşdırılması barədə tapşırıq verib.

Qeyd edək ki, ADİU-nun İngilis dilində Tədris Mərkəzi 2014-cü il oktyabrın 20-də yaradılıb. Mərkəzdə əsasən xaricdə təhsil almış mütəxəssislər dərs deyir.

 





22.01.2015    çap et  çap et