525.Az

Azərbaycan millisi ilk oyunda qələbə qazanıb -  VI İslam Həmrəyliyi Oyunları


 

Azərbaycan millisi ilk oyunda qələbə qazanıb - <b style="color:red"> VI İslam Həmrəyliyi Oyunları</b>

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarına qələbə ilə start verib.

525.az-ın məlumatına görə, Faiq Qarayevin baş məşqçisi olduğu yığma İran ilə üz-üzə gəlib.

Şahzadə Feysəl ibn Fərhad Olimpiya Kompleksində gerçəkləşən qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib - 3:0 (25:11, 25:16, 26:24).

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 6-da Tacikistan kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. İslamiada noyabrın 21-də başa çatacaq.

 





04.11.2025    çap et  çap et