525.Az

Binəqədi rayonunda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-1


 

Binəqədi rayonunda yaşayış binasında yanğın söndürülüb - <b style="color:red"> YENİLƏNİB-1</b>

Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 85 m² olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 7 m² sahədə yanıb.

525.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Yüksək temperaturdan sanitar qovşağın lambirdən ibarət tavanı 4 m² sahədə və 2 ədəd kondisioner qismən əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmənzilli binada baş verən yanğın söndürülüb.

525.az-a bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinə, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmənzilli binada mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

525.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə və digər zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

 





04.11.2025    çap et  çap et