525.Az

“Gürcüstanın Aİ-yə üzvlük prosesi faktiki olaraq dayandırılıb”


 

“Gürcüstanın Aİ-yə üzvlük prosesi faktiki olaraq dayandırılıb”<b style="color:red"></b>

“Gürcüstanın Avropa İttifaqına qəbul prosesi 2024-cü ildən bəri faktiki olaraq dayandırılıb. Ölkə yalnız nominal olaraq üzvlüyə namizəddir”.

525.az xəbər verir ki, bu barədə Aİ-nin illik genişlənmə hesabatında deyilir.

"Avropa Komissiyası Gürcüstanın Aİ-yə qəbul prosesinin 2024-cü ildən bəri faktiki olaraq dayandırıldığı qənaətinə gəlib", - hesabatda vurğulanıb. 

O da qeyd olunub ki, Avropa İttifaqı Şurasının 2024-cü ilin dekabr qərarından və Gürcüstanın geriləməsindən sonra Avropa Komissiyası Gürcüstanı yalnız nominal olaraq namizəd ölkə hesab edir".

Pərvanə Sultanova

 





04.11.2025    çap et  çap et