525.Az

“Ukraynanın Avropa İttifaqına üzvlüyü danışıqları ilin sonuna qədər başlayacaq”


 

“Ukraynanın Avropa İttifaqına üzvlüyü danışıqları ilin sonuna qədər başlayacaq”<b style="color:red"></b>

“Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqlar bu ilin sonuna kimi başlaya bilər”.

525.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının namizəd ölkələrlə bağlı hesabatında vurğulanıb. 

“Avropa Komissiyası Ukraynanın qalan üç danışıqlar qrupunun açılması üçün şərtləri yerinə yetirəcəyini gözləyir”, - açıqlamada vurğulanıb.

Qeyd olunub ki, növbəti addımlar Avropa Komissiyasının qanunun aliliyi, dövlət idarəçiliyi islahatı və bir sıra digər sahələrdə yeni tövsiyələrin və yol xəritələrinin tətbiqi olacaq.

Pərvanə Sultanova

 





04.11.2025    çap et  çap et