525.Az

ABŞ-də bakteriyadan 6 nəfər ölüb, 25 nəfər xəstəxanaya yerləşdirilib


 

ABŞ-də bakteriyadan 6 nəfər ölüb, 25 nəfər xəstəxanaya yerləşdirilib<b style="color:red"></b>

ABŞ-də əvvəlcədən bişirilmiş, qablaşdırılmış hazır makaron vasitəsilə ötürülən listeriya bakteriyaları səbəbindən altı nəfər ölüb və 25 nəfər xəstəxanaya yerləşdirilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Qida və Dərman Administrasiyası (FDA) məlumat yayıb. Bildirilib ki, ölkə üzrə 18 ştatda listeriya halları qeydə alınıb. Bakteriyaya yoluxmuş 27 nəfərdən 25-i xəstəxanaya yerləşdirilib.

Listeriya epidemiyasına səbəb olan qablaşdırılmış makaron sağlamlıq riski səbəbindən bazardan geri çağırılıb.

İsgəndər Həsənov

 





04.11.2025    çap et  çap et