525.Az

Qəzzada ölənlərin sayı 68 872-ə çatdı


 

Qəzzada ölənlərin sayı 68 872-ə çatdı<b style="color:red"></b>

Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölən və yaralananlar, həmçinin dağıntılar altından çıxarılan cəsədlərlə bağlı son məlumatları açıqlayıb.

525.az xəbər verir ki, son 24 saat ərzində dağıntılar altından 1 nəfər, son hücumlar zamanı həlak olan 3 nəfərin cəsədi çıxarılıb, 7 yaralı Qəzza zolağında xəstəxanalara çatdırılıb.

Bununla da atəşkəs başlayandan etibarən ümumilikdə 240 nəfər həlak olub, 607 nəfər yaralanıb, dağıntılar altından 511 nəfər çıxarılıb.

Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 68 872-ə, yaralıların sayı isə 170 677 nəfərə çatıb.

İbrahim Cəfərov

 





05.11.2025    çap et  çap et