525.Az

Hindistanda iki qatar toqquşub - 8 ölü, 14 yaralı


 

Hindistanda iki qatar toqquşub - <b style="color:red"> 8 ölü, 14 yaralı</b>

Hindistanın Çhattisqarh əyalətində sərnişin qatarı ilə yük qatarı toqquşub.

525.az “Hindustan Times”a istinadən xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində 8 nəfər ölüb, 14 nəfər yaralanıb.

Dağıntılar altında qalanların axtarış-xilasetmə işləri davam edir, yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Qəzanın görüntülərində sərnişin qatarının ön vaqonunun tamamilə dağıldığı görünür.

İsgəndər Həsənov

 





05.11.2025    çap et  çap et